FHN-in xilasediciləri süni göldə batmış gəncin cəsədini tapıblar

FHN-in xilasediciləri süni göldə batmış gəncin cəsədini tapıblar
# 27 iyul 2013 16:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri süni göldə batmış şəxsin cəsədini çıxarıblar. Bu barədə APA FHN-in saytına istinadən məlumat verib.

FHN-in Sumqayıt Regional Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Qaraquş qəsəbəsində süni göldə (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 15 km məsafədə, nəzarət olunmayan ərazidə) batdığı ehtimal edilən 1993-cü il təvəllüdlü Tapdıq Dünyamalı oğlu İsmayılovun axtarışları başa çatıb.

T.İsmayılovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR