Ukrayna danışıqlara başlamazdan əvvəl Rusiyanın hansı şərtləri ilə razılaşacağına qərar verməlidir.
APA xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin deyib.
“Bunun nə vaxt baş verəcəyi Ukraynanın özündən asılıdır. Kiyev nə ilə razılaşmaq və ya razılaşmamaq barədə qərarı özü verməlidir”, - Pentaqon rəhbəri vurğulayıb.