Azərbaycan Milli Məclisində “Uşaqların rifahı cəmiyyətin rifahının göstəricisidir” adlı beynəlxalq konfrans keçirilir

Azərbaycan Milli Məclisində “Uşaqların rifahı cəmiyyətin rifahının göstəricisidir” adlı beynəlxalq konfrans keçirilir
# 11 iyun 2013 07:15 (UTC +04:00)

APA-nın məlumatına görə, konfrans Avropa Şurasının “Hər beş uşaqdan biri” kampaniyası çərçivəsində keçirilir.

Konfransın keçirilməsi ilə əlaqədar Avropa Şurası Parlament Asambleyası (AŞ PA) Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin Xüsusi Alt Komitəsi də yaradılıb.

Tədbirdə Azərbaycandan Milli Məclis sədrinin müavini Bahar Muradova, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Sevinc Fətəliyeva, Asəf Hacıyev, Musa Qasımlı və bir sıra QHT rəhbərləri iştirak edirlər.

Konfransa AŞPA-nın Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin sədr müavini Valeriu Qiletçi, AŞPA-nın məruzəçisi Silvia Eloisa Bone Pero, AŞPA üzvləri Stefan Şennak, Klemens Lammerskitten, Yunanıstan parlamentinin üzvü Maykl Katrinis, o cümlədən UNİCEF-in Bakı ofisinin rəhbəri Mark Herevard qatılıblar.

Konfrans çərçivəsində təsis olunan Xüsusi Alt Komitənin iclası da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR