Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar bir il ərzində 14% artıb

Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar bir il ərzində 14% artıb
# 16 may 2014 08:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 463,916 mln. manat gömrük vergi və rüsumları köçürülüb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 14,3% çoxdur.

Belə ki, daxilolmaların tərkibində 100,347 mln. manatı gömrük rüsumları, 341,550 mln. manatı ƏDV, 16,977 mln. manatı aksizlər, 5,041 mln. manatı isə yol vergisinin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR