Əməkdar incəsənət xadimi Bəhram Osmanov Mahaçqalaya yaradıcılıq ezamiyyətinə gedib

Əməkdar incəsənət xadimi Bəhram Osmanov Mahaçqalaya yaradıcılıq ezamiyyətinə gedib
# 27 sentyabr 2013 13:40 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov Mahaçqala şəhərinə yaradıcılıq ezamiyyətinə yollanıb.

Teatrdan APA-ya verilən məlumata görə, rejissor Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının dəstəyi ilə iki ildən bir keçirilən Qafqaz, Şimali Qafqaz və Abxaziya teatr rejissorlarının 3-cü dəfə keçirilən rejissor laboratoriyasında iştirak edir.

Orenburq Akademik Dram Teatrının bədii rəhbəri, Rusiya Federasiyasının xalq artisti Rifkat İsrafilovun rəhbərliyi ilə keçirilən rejissor laboratoriyasında sözügedən respublikaların teatr rejissorları 1 həftə müddətində dünya teatr prosesində baş verən yeniliklər, teatrlararası təcrübə mübadiləsi haqqında söhbət-diskussiya aparıb.

Görüşlərdə azərbaycanlı rejissorun Azərbaycan teatrının hazırkı vəziyyəti haqqındakı çıxışı maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR