Macarıstanın informasiya kommunikasiyaları üzrə dövlət naziri Azərbaycana gələcək

Macarıstanın informasiya kommunikasiyaları üzrə dövlət naziri Azərbaycana gələcək
# 04 noyabr 2013 10:40 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Macarıstanın informasiya kommunikasiyaları üzrə dövlət naziri Vilmoş Valyi-Nad Azərbaycana səfərə gələcək. Bu barədə APA-ya Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora məlumat verib. O deyib ki, dekabrın 2-dən 5-dək baş tutacaq səfərin əsas məqsədi Azərbaycan paytaxtında keçiriləcək “Bakutel-2013” sərgisində iştirakdır. Səfər çərçivəsində macar nazirin bir sıra görüşlər keçirməsi də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR