Suriyanın kimyəvi silahının məhv edilməsi ABŞ-a məxsus gəmidə həyata keçiriləcək

Suriyanın kimyəvi silahının məhv edilməsi ABŞ-a məxsus gəmidə həyata keçiriləcək
# 18 dekabr 2013 02:21 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “İTAR-TASS”a Rusiyanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatında daimi nümayəndəsinin müavini Vasiliy Tituşkin bildirib.

“Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın İcraiyyə Şurası Suriyanın kimyəvi silahının məhv edilməsi prosesinin aşağıdakı mərhələlərlə həyata keçirilməsini qərara alıb. Suriyanın Latakiya limanında Suriyanın kimyəvi silahının ən təhlükəli komponentlərindən ibarət yükü Danimarka və Norveçə məxsus gəmilər qəbul edəcək. Bundan sonra İtaliyanın limanlarının birində yük ABŞ-ın xüsusi avadanlıqla təchiz edilmiş gəmisinə köçürüləcək və burada məhv ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR