Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış 65 yaşlı qadın xilas edilib

Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış 65 yaşlı qadın xilas edilib
# 26 may 2014 20:07 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını bayır tərəfdən açaraq içəri daxil olublar.

Mənzilə baxış keçirilərkən vətəndaş halsız vəziyyətdə aşkarlanıb. O, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Əməliyyat saat 22:02-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR