® Bakıda “Ferrari” salonu açıldı - FOTOSESSİYA

<font color=red>® </font>Bakıda “Ferrari” salonu açıldı - <span style="color: red;">FOTOSESSİYA
# 16 may 2014 12:12 (UTC +04:00)

Azərbaycanda ilk rəsmi “Ferrari” dilerinin və “Ferrari Store” brendinin açılışı qonaqların və yerli media nümayəndələrinin iştirakı ilə keçib. Dilerə həmçinin Servis Zonası da daxildir. Bu isə “Ferrari Azərbaycan”a dünya səviyyəli satış və satış sonrası xidmət göstərməyə imkan yaradacaq.

Sərgi salonunun açılış mərasimində Avtolux-un baş direktoru Ali Akbar Taheri, “Ferrari”nin ticari baş vitse-prezidenti Enrico Galliera və “Ferrari Brand”ın C.E.O.-su Andrea Perrone də iştirak ediblər.

Tədbiri çıxış sözü ilə açan cənab Taheri bu salonun Bakıda açılmasında məqsədin müştərilərə daha yaxın olmaq və onlara daha yüksək səviyyədə xidmət göstərmək olduğunu deyib. Onun sözlərinə görə, Bakıda müştəri potensialı var: “Bakının inkişafına baxanda görünür ki, burada son dərəcə zövqlü insanlar var”.

“Yerindən asılı olmayaraq dəyərli müştərilərimiz eyni cür münasibət görəcəklər. Qarşımızda iki strateji hədəfimiz var. Birinci, beynəlxalq səviyyədə bazarda yayılmaq. İkincisi isə, prezidentimizin öz sözüylə desək, fərqli “Ferrari” sevən müştərilərimizə fərli “Ferrari” təqdim etmək. Salonumuzda son model “Ferrari” avtomobilləri var. Bu avtomobillərə toxunmaqla onun “Ferrari” fərqini görmək olar”. Bu sözləri Enrico Galliera deyib.

Daha sonra illər əvvəl Bakıda qonaq olmuş Andrea Perrone danışıb. O bildirib ki, Bakı 10 il əvvəlkindən daha da gözəlləşib və inkişaf edib: “Bu səbəbdən də Bakını görəndə anladım ki, burada “Ferrari” sərgi salonun açılması tam düzgün qərardır. Mağazamızda hər şey var. “Ferrari” avtomobilləri, uşaq geyimlərindən tutmuş, ən bahalı aksessuarlar. “Ferrari” sevərlər və avtomobil ala bilməyənlər bu məhsullardan alaraq “Ferrari” keyfiyyətinə bələd ola bilərlər”.

A. Perrone onu da qeyd edib ki, onlar iki həftə əvvəl Sinqapurta da “Ferrari” sərgi salonu və “Ferrari store”un açılışı olub. Bakıdan sonra isə növbəti salonun açılışı Moskva, Sankt-Peterburq və Almatıda olacaq. Bütün mağazalarda eyni keyfiyyət, eyni xidmət olacaq.

Tədbirdən sonra hər üç nümayəndənin iştirakı ilə “Ferrari” sərgi salonu və “Ferrari store”un qırmızı lenti kəsilib.

Qeyd edək ki,”Ferrari” nin dünyanın 62 bazarında nümayəndəsi var. Sərgi salonu, Mağaza və Servis Zonasının unikal strukturu sayəsində “Ferrari”nin qeyri-adi irsini, eksklüzivliyini, innovativ texnologiyalarını və dizaynını daha geniş kütləyə çatdırmaq mümkün olacaq.

“Biz maşın satmırıq. Biz insanları arzularına çatdırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR