Bakıda məktəbli oğlan yol qəzasında ölüb

Bakıda məktəbli oğlan yol qəzasında ölüb
# 26 sentyabr 2013 07:28 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda məktəbli oğlan yol qəzasında ölüb. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hövsan yolunda qeydə alınıb. Bakı şəhər sakini, 28 yaşlı Rüfət Quliyev idarə etdiyi “Volsvaqen” markalı, 90 VH 959 dövlət nömrə nişanlı avtomobili aşırıb. Nəticədə maşında olan sərnişin, 16 yaşlı Elvin Şərifzadə aldığı xəsarətdən dünyasını dəyişib. Mərhumun orta məktəb şagirdi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR