Yük maşını yoldan çıxaraq aşıb

Yük maşını yoldan çıxaraq aşıb
# 22 dekabr 2013 17:24 (UTC +04:00)

Sabiradad. Əlibəy Zeynallı-APA. Sabirabad rayonunda "A-Trans-Motors" MMC -yə məxsus qumla yüklənmiş "Shaqman" markalı yük maşını yoldan çıxaraq aşıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrliyində baş verib.

Ağır yüklü avtomobilin təkəri sürüşərək yoldan çıxıb və çevrilib.

Sürücü hadisə yerindən qaçıb. Ona görə də polislər onun şəxsiyyətini dərhal müəyyənləşdirə bilməyiblər.

Qəza ilə bağlı yolda tıxac yaranıb. Qəzanın nəticələri aradan qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR