Bakıda təmirə bağlanan yol qismən açılıb - FOTO

Bakıda təmirə bağlanan yol qismən açılıb - <span style="color: red;">FOTO
# 16 aprel 2014 11:41 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda təmirə dayanan yol açılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Abbas Mirzə Şərifzadə küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının binasına qədər olan hissəsində asfalt örtüyünün yenilənməsi işləri yekunlaşdığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Hazırda isə “Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının binasının qarşısından İsfəndiyar Zülalov küçəsi ilə kəsişməyə qədər ("Kaktus" restoranının yanı) olan hissədə asfalt örtüyünün yenilənməsi ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Sürücülərə alternativ olaraq Mətbuat prospektindən istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR