Bakıda bir nəfər özünü yandırmağa cəhd edib - FOTO

Bakıda bir nəfər özünü yandırmağa cəhd edib - <span style="color: red;">FOTO
# 28 dekabr 2013 15:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda bir nəfər özünü yandırmağa cəhd edib.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, 1967-ci il təvəllüdlü Ələkbərov Arzu Sultan oğlu Suraxanı rayonundakı “İnterpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında özünə qəsd edib.

Yaralı hadisə yerinə çağırılan təcilli tibbi yardım maşını ilə 5 saylı şəhər Klinik Xəstəxanasına gətirilib və xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.

Xəstəxananın Yanıq Mərkəzindən APA-ya verilən məlumata görə, xəstə bədəninin müxtəlif nahiyələrinin 1-ci və 2-ci dərəcəli termiki yanığı diaqnozu ilə daxil olub.

Hazırda intensiv terapiya tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR