Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 31 may 2013 15:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında 40-90, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, son 4 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 36 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 265 m3/s olmaqla, ongünlük normanın 38 faizini təşkil edir. Son 4 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 141 m3/s olmaqla, ongünlük normanın 71 faizini təşkil edir.

Son günlər ərzində yağan yağışlarla əlaqədar Kür çayının sağ və sol qollarında sululuğun kəskin artımı baş verib. Belə ki, Qarasu-Zərdab məntəqəsində suyun səviyyəsi 126 sm artıb. Bunun nəticəsində Kür çayının aşağı axınında səviyyə artımı müşahidə olunub. Belə ki, son 4 gün ərzində Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 121 sm, Şirvanda 95 sm, Salyanda 30 sm, Bankədə 12 sm, Araz çayının Novruzlu məntəqəsində isə 105 sm artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR