Bu il Azərbaycanda müəssisə və təşkilatların sayı 2,3% artıb

Bu il Azərbaycanda müəssisə və təşkilatların sayı 2,3% artıb
# 24 aprel 2013 08:19 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda müəssisə və təşkilatların sayı 2013-cü il yanvarın 1-i vəziyyəti ilə müqayisədə 2,3% artaraq 80 814 olub.


Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artım əsasən iqtisadiyyatın «Su təchizatı; tullantıların təmizlənməsi və emalı», «Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı», «Digər sahələrdə xidmətlərin göstərilməsi», «İnformasiya və rabitə», «Təhsil» bölmələrində daha nəzərəçarpacaq dərəcədə olub.


«Keçən ilin müvafiq dövrü ilə müqayisədə, xüsusi, tam xarici investisiyalı və birgə müəssisələrin sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunub. Statistik vahidlərin Dövlət registrində qeydiyyatdan keçmiş tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (30,2%), Böyük Britaniya (10,1%), Rusiya (6,8%), İran (6,0%), ABŞ (4,6%), Almaniya (2,4%) və digər ölkələrin (39,9%) sahibkarları tərəfindən yaradılıb», - deyə Komitədən bildirilib.


Bu ilin yanvar-mart ayları ərzində yeni yaranmış müəssisə və təşkilatların 31,2%-i «Ticarət; nəqliyyat vasitələrinin təmiri», 26,8%-i «Digər sahələrdə xidmətlərin göstərilməsi», 9,2%-i «Tikinti», 7,5%-i «Emal sənayesi», 6,6%-i «Peşə, elmi və texniki fəaliyyət», 3,3%-i «İnformasiya və rabitə» və qalanları isə digər bölmələrin payına düşüb.

Bu dövrdə ləğv edilmiş müəssisə və təşkilatların 32,3%-i «Ticarət; nəqliyyat vasitələrinin təmiri», 14%-i «Tikinti», 13%-i «Peşə elmi və texniki fəaliyyət», 9,7%-i «Digər sahələrdə xidmətlərin göstərilməsi», 8,6%-i «Emal sənayesi» və qalanları isə digər bölmələrin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR