Bilik Fondu “Azərbaycan müəllimi” qəzeti ilə birgə videokonfrans keçirib

Bilik Fondu “Azərbaycan müəllimi” qəzeti ilə birgə videokonfrans keçirib
# 20 oktyabr 2015 13:15 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Prezident yanında Bilik Fondu “Azərbaycan müəllimi” qəzeti ilə birgə “Şagirdlərin inkişafında ailə, məktəb, cəmiyyət üçbucağının rolu” mövzusunda videokonfrans keçirib.

Fonddan APA-ya verilən əmlumata görə, tədbirdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, Bilik Fondunun İnformasiya Təminatı sektorunun müdiri Xatirə Hüseynova və “Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru Yusif Əliyev iştirak ediblər.

Oktay Səmədov gənc nəslin təlim-tərbiyəsində ailənin, məktəbin, eləcə də cəmiyyətin böyük rolu olduğunu deyərək, birgə tədbirlərin keçirilməsinin vacibliyini, ailələrin maarifləndirmə işinə böyük töhfə verə biləcəyini vurğulayıb.

Bayram Hüseynzadə müəllimlərin peşəkarlığının artırılmasında və uğurlu pedaqoji təcrübələrin yayılmasında rəhbərlik etdiyi mətbu orqanın gördüyü işlərdən söz açıb və Bilik Fondu ilə birgə bir sıra maarifləndirici layihələrə imza atılacağını qeyd edib.

Təhsil mütəxəssisi, professor Əjdər Ağayev yeniyetmələrin hərtərəfli inkişafı və layiqli vətəndaş kimi yetişməsində ailənin, məktəbin və cəmiyyətin böyük təsiri olduğunu bildirib.

Videokonfransda Gəncə, Şamaxı, Qəbələ, Lənkəran, Bərdə və Sumqayıtdan olan təhsil işçiləri, valideynlər və şagirdlər də mövzu ilə bağlı fikirlərini səsləndiriblər, onları maraqlandıran suallara cavab alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR