Viktoriya Nuland: “Ukrayna Donbasda yeni hərbi əməliyyatlara başlamaq niyyətində deyil”

Viktoriya Nuland: “Ukrayna Donbasda yeni hərbi əməliyyatlara başlamaq niyyətində deyil”
# 18 may 2015 16:03 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland Rusiya Xarici İşlər Nazirliyində keçirdiyi danışıqların yekunlarına dair deyib.

Ukrayna üzrə Minsk prosesinin gedişinə toxunan diplomat bildirib ki, ABŞ prosesin iştirakçısı olmasa da, anlaşmaların yerinə yetirilməsinə təsir etməyə çalışacaq.

“ABŞ Rusiya və Ukrayna ilə birbaşa təmaslar qurub. Biz həmişə Ukrayna nizamlanmasında “Normand formatı” danışıqlarında Fransa və Almaniyanın, habelə ATƏT-in aparıcı rolunu dəstəkləyəcəyik”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR