DİN-də Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

DİN-də Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
# 07 may 2015 17:52 (UTC +04:00)

Bakı-APA. Daxili İşlər Nazirliyində (DİN) Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. DİN mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Heydər Əliyevin dövlətçilik tarixində müstəsna xidmətlərini xatırladaraq, ümummilli liderin 92-ci ildönümünə həsr olunmuş tədbirlərin nəinki ölkədə, eləcə də bir çox xarici dövlətlərdə qeyd olunduğunu vurğulayıb.

Onun təklifi ilə mərasim iştirakçıları ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra cənab Ramil Usubov Heydər Əliyevin həyat yolu, milli dövlətçilik strategiyası, daxili işlər orqanlarına diqqət və qayğısı, həmçinin onun rəhbərliyi ilə aparılan islahatlar barədə geniş məruzə ilə çıxış edib.

Sonra Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov təltif olunmuş əməkdaşların siyahısını elan edib.

Daxili işlər naziri mükafatları təqdim edərək fərqlənənləri bir daha təbrik edib, onlara dövlətçiliyə sədaqətlə, Vətənə məhəbbətlə xidmət etməyi və Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daxili işlər orqanlarının qarşısında qoyduğu yüksək tələblərə uyğun fəaliyyət göstərmələrini tövsiyə edib, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, cinayətkarlıqla qətiyyətli mübarizə, ictimai təhlükəsizliyin nümunəvi təmin olunması kimi çətin və şərəfli vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayıb.

Təntənəli mərasimin sonunda tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən, Azərbaycan Televiziyasının istehsalı olan «Vətənə, xalqa həsr edilən ömür» adlı sənədli filmə baxıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR