Dövlət büdcəsindən BDU-nun yeni tələbə şəhərciyinin tikintisi üçün vəsait ayrılacaq

Dövlət büdcəsindən BDU-nun yeni tələbə şəhərciyinin tikintisi üçün vəsait ayrılacaq
# 13 mart 2013 10:24 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarından məcburi köçkünlərin köçürülməsi prosesi başa çatan kimi bu binaların sökülməsinə başlanacaq. Bunu APA-ya açıqlamasında BDU-nun iqtisadiyyat və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı deyib.

Onun sözlərinə görə, yataqxanalar hamısı yararsız haldadır: “Ən yaxın zamanda 5 yataqxananın söküntüsünə başlanacaq. Bu yataqxanalarda olan az sayda tələbə müvəqqəti olaraq 8 və 9 saylı yataqxanalarda yerləşdiriləcək. Bundan sonra pilləli olaraq həmin yataqxanalar da söküləcək. Onların yerində müasir standartlara cavab verən kampuslar tikiləcək. Bizdə olan məlumata görə, bu ilin dövlət büdcəsindən BDU-nun yeni tələbə şəhərciyinin tikintisi üçün vəsait ayrılacaq. Vəsait ayrılan kimi tikintiyə başlanacaq”.

N.Ramazanlı deyib ki, hazırda BDU-nun tələbələrinin təxminən 40 faizinin - 10 minə yaxın tələbənin yataqxanaya ehtiyacı var. Ərazidə kampus tipli 5 bina tikiləcək.

BDU-nun prorektoru qeyd edib ki, dünəndən başlayaraq 8 və 9 saylı yataqxanalarda məskunlaşan məcburi köçkünlərin Müşfiqabad qəsəbəsində yerləşən yeni binalara köçürülməsi ilə bağlı püşkatma keçirilir. Bundan sonra qalan yataqxanaların köçürülməsinə başlanacaq.

Qeyd edək ki, BDU-nun 9 yataqxanasından 7-də məcburi köçkünlər məskunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR