“Nyu-York Tayms” qəzetində Azərbaycan diplomatının erməni təxribatına cavabı dərc edilib

“Nyu-York Tayms” qəzetində Azərbaycan diplomatının erməni təxribatına cavabı dərc edilib
# 20 may 2015 01:14 (UTC +04:00)

Bakı-APA. Nyu-York Tayms qəzetinin səyahətlər bölməsində bir neçə həftə öncə yerləşdirilmiş “A Warm Welcome in the Caucasus Mountains” adlı Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılmış separatçı qondarma qurumu təbliğ etməyə cəhd edən məqaləyə Azərbaycanın Vaşınqtondakı səfirliyinin müşaviri Məmməd Talıbovun cavabı dərc olunub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, “Displacement in Azerbaijan” başlığı altında çap olunan bu cavabda (http://www.nytimes.com/2015/05/17/travel/letters-to-the-travel-editor.html?_r=0 ) yuxarıda qeyd olunan parçada müəllifin Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalı və bunun nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşının doğma evlərindən didərgin düşmələri barədə məlumatın oxucuların diqqətinə çatdırmadığı bildirilir. Qeyd olunur ki, müəllif oxuculara işğal olunmuş bu ərazilərə qeyri-qanuni səfər etməklə Azərbaycan qanunvericiliyini pozmuş olacaqları və ölkəmizə gələcəkdə səfər etmək imkanından məhrum ediləcəkləri barədə heç bir məlumat vermir, həmçinin o, bir çox ölkələrin rəsmi qurumları, o cümlədən ABŞ Dövlət Departamenti tərəfindən bu ərazilərə qeyri-qanuni səfərlərə qadağa qoyulduğu barədə susur.

Bildirilib ki, Azərbaycan bütün məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmasına və gələcəkdə turistlərin Azərbaycanın bu gözəl guşəsinə səfər etmələrinin mümkün olması üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyəti davam edir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR