Qiymətli kağızlar bazarının iştirakçılarının hesabatlarının təqdim edilməsinə dair yeni qaydalar təsdiqlənib

Qiymətli kağızlar bazarının iştirakçılarının hesabatlarının təqdim edilməsinə dair yeni qaydalar təsdiqlənib
# 31 oktyabr 2014 07:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydaları təsdiq olunub.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) “APA-Economics”ə verilən məlumata görə, komitənin qərarı ilə təsdiqlənən qaydalar 2015-ci ildə qüvvəyə minəcək.

Yeni qaydalar qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər, dilerlər, fond birjaları, depozitarlar, klirinq təşkilatları və qiymətli kağız sahiblərinin reyestrinin aparılması fəaliyyətini həyata keçirən təşkilatlar tərəfindən QKDK-ya təqdim edilən hesabatlara dair tələbləri, habelə onların QKDK-ya təqdim edilməsi və açıqlanması proseslərini tənzimləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR