Türkiyə Müdafiə Sənayesi müstəşarı: “Azərbaycanlı qaçqınları görəndə çox təsirlənmişdim, güclü dövlətlər ədalətsizlik hissi yaratmamalıdır”

Türkiyə Müdafiə Sənayesi müstəşarı: “Azərbaycanlı qaçqınları görəndə çox təsirlənmişdim, güclü dövlətlər ədalətsizlik hissi yaratmamalıdır”
# 12 sentyabr 2014 08:42 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ADEX-2014) çərçivəsində keçirilən “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusunda keçirilən konfransda Türkiyə Müdafiə Sənayesi müstəşarı İsmail Demir söyləyib.

İsmail Demir bildirib ki, güclü dövlətlər ədalətsizlik hissi yaratmamalıdırlar: “Adi insanlarda ədalət hissləri var, dövlət başçıları, siyasətçilər isə bəzən bu hissi itirirlər. Biz hamımız günahsız insanların öldürülməsinə, onlara işgəncə verilməsinə qarşı çıxış etməliyik. Mən 1990-cı ildə azərbaycanlı qaçqınları görəndə çox təsirlənmişdim”.

Türkiyənin Azərbaycana qardaş dövlət olduğunu deyən müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev isə bildirib ki, böyük dövlətlər tərəfindən Azərbaycana qarşı ədalətli yanaşma olmayıb: “Biz dövlətimizə, xalqımıza, qardaşlarımıza arxayınıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR