Prezident İlham Əliyev Bakının 173 nömrəli orta məktəbin vəziyyəti ilə tanış olub

Prezident İlham Əliyev Bakının 173 nömrəli orta məktəbin vəziyyəti ilə tanış olub
# 12 noyabr 2012 17:54 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 12-də Bakının Yasamal rayonundakı 173 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmir və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtda məktəblərin əsaslı təmir və bərpa işləri davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 173 nömrəli məktəbdə görülən işlərlə bağlı prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, binası 1939-cu ildə inşa olunmuş 800 şagird yerlik bu məktəbdə 30 sinif otağı var. Hazırda burada 320 şagird təhsil alır. Bu təhsil ocağında əsaslı təmir və yenidənqurma işləri qısa vaxt ərzində, yüksək standartlara uyğun şəkildə başa çatdırılıb.
Dövlət başçısı ayrı-ayrı sinif otaqlarına baxdı, yaradılan şəraitlə yaxından tanış olub. Sinif otaqlarında şagirdlərin təhsil almaları üçün lazımi şərait yaradılıb. Məktəbdəki sinif otaqları, fənn kabinetləri və laboratoriyalar müasir avadanlıqla təchiz edilib. Təhsil ocağında təhlükəsizlik kameraları quraşdırılıb. Məktəbin dəhlizinə və pilləkənlərə yüksək keyfiyyətli mərmər döşənib. Məktəbdə yeni və müasir istilik sistemi quraşdırılmış, həyətyanı sahədə abadlıq və quruculuq işləri görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR