İranda xarici jurnalistlərin fəaliyyətinə nəzarət edən komitə yaradılacaq

İranda xarici jurnalistlərin fəaliyyətinə nəzarət edən komitə yaradılacaq
# 12 mart 2013 11:13 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranda seçkiqabağı xarici jurnalistlərin fəaliyyətinə nəzarət edən komitə yaradılacaq. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın islami irşad və mədəniyyət nazirinin müavini Məhəmməd Cəfər Məhəmmədzadə bildirib.

Onun sözlərinə görə, İranda prezident seçkilərinin ölkədə müvəffəqiyyətlə və sağlam mühitdə keçirilməsi üçün tədbirlər görülür: “Bu proseslərdə mətbuatın rolu çox böyükdür. Biz ölkəmizin tam demokratik, xalqımızın isə siyasi baxımdan aktiv olduğunu və seçkilərdə fəal iştirak etdiyini nümayiş etdirmək istəyirik. Hazırda 2013-cü il iyunun 14-də keçiriləcək prezident seçkiləri ilə bağlı qeydiyyatdan keçmək üçün xarici kütləvi informasiya vasitələrindən xeyli sayda müraciət alırıq. Artıq xarici jurnalistlərin akkreditasiyasına başlamışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR