Bakının Səbail və Yasamal rayonlarına içməli su fasilələrlə veriləcək

Bakının Səbail və Yasamal rayonlarına içməli su fasilələrlə veriləcək
# 19 fevral 2013 07:41 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Fevralın 19-20-də Bakının Səbail və Yasamal rayonlarının bəzi yerlərində içməli suyun təchizatında məhdudiyyətlər yaranacaq.

«Azərsu» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə paytaxtın Yasamal rayonu Mikayıl Müşfiq küçəsində yeni çəkilmiş 500 mm diametrli magistral su xətti şəbəkəyə qoşulur: «Bununla əlaqədar fevralın 19-20-də Səbail rayonunun Badamdar və Bayıl qəsəbələrinin bəzi yerlərinə, eləcə də Yasamal rayonunun Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək. Yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyirik».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR