Azərbaycan İslam İnkişaf Bankına əsas borcun 47 mln. dollarını qaytarıb

Azərbaycan İslam İnkişaf Bankına əsas borcun 47 mln. dollarını qaytarıb
# 07 mart 2013 14:57 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanla İslam İnkişaf Bankı (IDB) arasında indiyədək 16 layihə üzrə ümumi məbləği 935,3 mln. ABŞ dolları ekvivalentində 18 kredit sazişi imzalanıb. «APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2012-ci ilin yekunlarına dair hazırladığı hesabatda bildirilir.

Hesabata əsasən, bu layihələrdən 11-nin icrası başa çatıb, 5 layihənin icrası isə davam etdirilir.

IDB tərəfindən ayrılan ümumi kreditlərdən 2013-cü il yanvarın 1-dək istifadə edilmiş vəsaitlərin ümumi məbləği 566,9 mln. dollar olub. Ötən il ərzində 65,9 mln. dollar məbləğində kredit istifadə edilib. İstifadə edilmiş kreditlər üzrə cari ilin əvvəlinədək banka qaytarılmış əsas borcun ümumi məbləği 47 mln. dollar olub.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən IDB-nin üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR