“VTB Qrup” Azərbaycanda beynəlxalq faktorinq tətbiq edir

“VTB Qrup” Azərbaycanda beynəlxalq faktorinq tətbiq edir
# 22 sentyabr 2015 10:17 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Sentyabr ayında “Bank VTB (Rusiya)” və “VTB Faktorinq”in nümayəndələri Bakıya səfər edib və “Bank VTB (Azərbaycan)”a birgə yerli istehsalçı şirkətlərin rəhbərləri ilə görüşüb.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, görüşlərin məqsədi “VTB Qrup” daxilində ixrac faktorinqi xidmətlərini biznesə tanıtmaq olub.

İxrac faktorinqi debitor borcu məbləğində təchizatçını maliyyələşdirməyə imkan verir ki, bu da Rusiyanın iri ticarət şəbəkələri ilə yerli biznesin inkişafına təkan verəcək.

Faktorinqin istifadəsi Azərbaycan istehsalçılarına Rusiya idxalçıları ilə ödəniş möhləti şərti ilə işləməyə və məhsul üzrə ödənişin mal göndərilən günü həyata keçməsinə imkan verir. Bu halda debitor borcun qaytarılmaması riskləri bütövlükdə “VTB Qrup”un üzərinə düşür.

“Faktorinq nəinki əlavə alıcı cəlb etməyə kömək edən yaxşı kommersiya alətidir, eləcə də kassa kəsirinin qarşısını almaq, borcun qaytarılmaması riskini azaltmaq və ya tamamilə öz üzərindən qaldırmaq üçün effektiv üsuludur”, – deyə “Bank VTB (Azərbaycan)”ın korporativ biznesin sənədli əməliyyatlar şöbəsinin rəisi Aynur Ələsgərzadə bildirib.

Qeyd edək ki, bir sıra Azərbaycan şirkətləri faktorinqin istifadəsinə maraq göstərib. Bunlar arasında qida, o cümlədən kolbasa və süd məhsullarının istehsalçıları var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR