Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,5% yüksəlib
# 10 aprel 2013 06:38 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 14 662 bəndədək, S&P 500 0,4% - 1 569 bəndədək, Nasdaq 0,5% - 3 238 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernankenin bəyanatı və «Alcoa» şirkətinin mənfəət üzrə hesabatı təsir edib. Belə ki, B.Bernanke bəyan edib ki, ölkə iqtisadiyyatının bərpası davam edir, «Alcoa» şirkətinin bir səhmə düşən rüblük mənfəəti isə illik müqayisədə 55,6% artaraq 14 sentə çatıb.

Avropa fond bazarlarında aprelin 9-da FTSE 100 indeksi 0,6% - 6 313 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,3% - 7 638 bəndədək enib, Fransa CAC-40-ı 0,1% - 3 671 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 586,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3087 (+0,3%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR