Bakıda intihara cəhd olunub

Bakıda intihara cəhd olunub
# 14 iyul 2016 17:52 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda sərxoş şəxs intihara cəhd edib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin sərxoş vəziyyətdə beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR