Bakının 60%-i fasiləsiz su ilə təmin olunur

Bakının 60%-i fasiləsiz su ilə təmin olunur
# 10 aprel 2013 12:52 (UTC +04:00)

Bakı – APA-Economics. Hazırda Azərbaycanın 38 rayonunda 350 kənd və qəsəbələnin su təchizatı ilə bağlı işlər görülməkdədir.

«Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı «APA-Economics»ə bildirib ki, rayon və qəsəbələrin su və kanalizasiya, suvarma və drenaj infrastrukturunun bərpası ilə bağlı yenidən qurma işləri aparılır.

Onun sözlərinə görə, bu il sözügedən rayonlarda 6-7 rayonlarda işlərin tamamlanması işləri görülməsi planlaşdırılır. Bu işlər "Azərsu" və "Melorasiya və Su Təsərrüfatı" ASC-nin birgə işləri nəticəsində həyata keçirilir.

A.Cəbrayıllı deyib ki, Bakının şərq hissəsində yay aylarında 10-dan çox qəsəbə fasiləsiz su ilə təmin olunacaq və hazırda müvafiq işlər aparılır. Bunun nəticəsində 5 mindən artıq vətəndaşın fasiləsiz su ilə təmin olunması nəzərdə tutulur: “Əvvəllər Bakda əhalinin 30%-i fasiləsiz su ilə təmin olunurdusa, hazırda bu rəqəm 60%-i keçib. Binəqədi, Nəsimi, Nərimanov, Yasamal rayonlarında 370 mindən çox insan fasiləsiz su ilə təmin olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR