Nazir: Slovakiya ilə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni nəzərdən keçiririk

Nazir: Slovakiya ilə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni nəzərdən keçiririk
# 07 may 2024 10:01 (UTC +04:00)

Ötən illər ərzində Azərbaycan ilə Slovakiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm səylər göstərilib. Hüquqi baza genişlənib, ölkələrimiz arasında 11 sənəd imzalanıb.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda deyib.

Nazir qeyd edib k, 2021-ci ilin oktyabrında iki ölkə arasında sənaye, tikinti, nəqliyyat, logistika, investisiyaların təşviqi, enerji və digər sahələri əhatə edən “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş” imzalanıb.

"Bu saziş bizim iqtisadi tərəfdaşlığımız üçün möhkəm zəmin yaradıb. Bundan əlavə, 2023-cü ildə biz ikiqat vergitutmanın qarşısının alınmasına dair saziş imzaladıq və bu sazişin 2025-ci il yanvarın 1-də qüvvəyə minməsi gözlənilir. Bu, ölkələrimiz arasında biznes mühitini daha da yaxşılaşdırır. Hazırda biz Azərbaycan Respublikası ilə Slovakiya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni də nəzərdən keçiririk", - deyə M.Cabbarov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR