Gəncədə maskalı şəxslər evə basqın edərək, pul və qızıl aparıblar

Gəncədə maskalı şəxslər evə basqın edərək, pul və qızıl aparıblar
# 04 dekabr 2014 15:33 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində maskalı şəxslər evə basqın ediblər. Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Qəmərli küçəsində yaşayan, 1937-ci il təvəllüdlü Eldar Mədətov idarəyə müraciət edərək bildirib ki, 4 nəfər maskalı şəxs əllərində bıçaq hasardan aşaraq yaşadığı evə girib ona və həyat yoldaşına zor tətbiq edəcəkləri ilə hədələyərək ailələrinə məxsus 3 min manat, 200 ABŞ dolları və 3 min manat dəyərində qızıl zinət əşyaları aparıblar. Quldurluq hadisəsi törədənlərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR