«AGBank» ötən ili mənfəətlə başa vurub

«AGBank» ötən ili mənfəətlə başa vurub
# 06 mart 2013 12:40 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «AGBank» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 47,682 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin analoji göstəricisindən 77,1% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 15,1% artaraq 42,326 mln. manata çatıb.

Bankdan bildirilib ki, ötən ilin yekununda bank 3,031 mln. manat həcmində mənfəət əldə edib, halbuki 2011-ci il üzrə 330 min manatlıq zərər müşahidə olunub.

Qeyd edək ki, hesabat ilində bankın faiz gəlirləri 34,380 mln. manat, qeyri-faiz gəlirləri 13,301 mln. manat, faiz xərcləri 19,173 mln. manat, qeyri-faiz xərcləri isə 23,153 mln. manata bərabər olub. Ötən il bankın 15,2 mln. manatlıq faiz mənfəəti yaranıb, halbuki 2011-ci ildə 600 min manatlıq zərər müşahidə olunub, qeyri-faiz zərəri isə 2012-ci ildə 7,6% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR