Bakıda axtarışda olan şəxslər həbs edilib

Bakıda axtarışda olan şəxslər həbs edilib
# 10 dekabr 2014 07:50 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakıda axtarışda olan şəxslər saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 35-ci Polis Bölməsinin, Binəqədi Rayon Polis İdarəsinin, Xətai Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbələrinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, müvafiq olaraq, Sumqayıt şəhər sakini, Nail Şirinov, CM-nin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan Aytən Balayeva və borclu kimi axtarışda olanlar, Nuraya Quliyeva, Məhərrəm Heydərov, Azər Səfərov, Ceyhun Həsənov, Vəfai Mustafayev tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR