Tuyqun Nadirov: “Klublar kateqoriyaya bölünməlidir”

Tuyqun Nadirov: “Klublar kateqoriyaya bölünməlidir”
# 15 aprel 2015 13:08 (UTC +04:00)

Bakı – APA. “Biz istəyirik ki, klubların xərcləri azalsın, gəlirləri artsın, hansısa sponsordan asılı vəziyyətdə olmasınlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Klublar Komitəsinin sədri Tuyqun Nadirov deyib.

Klublar Komitəsinin bu gün baş tutan iclasından sonra jurnalistlərin suallarını cavablandıran qurum rəhbəri bildirib ki, müzakirə olunan məsələlərdən biri də gənc futbolçuların transferlərinə görə, təzminat ödənilməsidi: “FİFA-nın tələbində də var ki, 23 yaşa qədər olan futbolçu başqa kluba keçəndə, onu yetişdirən komandaya təzminat verilməlidi. Rusiyada klublar bu məsələdə kateqoriyaya bölünürlər. Orda 4 kateqoriya var. Birinci kateqoriyada olanlar, yəni ən güclü klublarda qiymət 40 min, ən zəiflərdə isə 2 mindi. Biz də düşünürük ki, klublar kateqoriyaya bölünsün. Amma orda müəyyən şərtlər də olacaq. Məsələn, transfer olunan futbolçunun hansı vəziyyətdə olmasına da baxılmalıdı. Nə olsun ki, hansınınsa yaşı azdı, bəlkə “sönmüş” vəziyyətdədi. Və ya milli üzvü ola bilər. Qiymət buna görə tənzimlənməlidi. Akademiyamızda yetışdirdiyimiz futbolçuları başqa komandalara satıb gəlir əldə edə bilsək, elə o pulla da xərclərimizi qarşılayarıq. Biz bunu sistematik hala salmaq istəyirik. Növbəti iclasda bununla bağlı yekun qərar verib, onu AFFA İcraiyyə Komitəsinə təklif edəcəyik. Onlar bu qərarı qəbul etsələr sevinərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR