Prezident İlham Əliyev Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Ağsu-Kürdəmir hissəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Ağsu-Kürdəmir hissəsinin açılışında iştirak edib
# 17 sentyabr 2015 13:03 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində bu yolun Ağsu-Kürdəmir hissəsinin açılışında iştirak edib.

APA-nın məlumatına görə, “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov dövlətn başçısına Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi barədə məlumat verib.

Bildirilib ki, ümumi dəyəri 102 milyon manat olan layihənin icrasına 2014-cü ilin iyul ayında başlanıb. Ümumi uzunluğu 108 kilometr olan yolun 37 kilometrlik Ağsu-Kürdəmir hissəsində tikinti işləri başa çatıb.

Ağsu və Kürdəmir rayonları arasında yerləşən, 14 kənddən keçən bu yol, həmin ərazidə yaşayan 25 min nəfər əhalinin sosial–iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.

Dövlət başçısına Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun qalan hissəsində görülən işlər barədə də məlumat verilib. Diqqətə çatdırılıb ki, layihənin davamı olaraq magistralın Kürdəmir-İmişli hissəsində 27 kilometr uzunluğunda yolun tikintisi başa çatmaq üzrədir. Hazırda, Kürdəmir-Bəhramtəpə hissəsində yolun 38,5 kilometrində asfalt-beton örtüyün üst layının tikintisi və çiyinlərin bərkidilməsi işləri davam etdirilir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısı inşaatçılarla görüşüb, layihənin uğurla başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Sonda xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR