“Barselona” Subisarreta və Puyolu istefaya göndərib

“Barselona” Subisarreta və Puyolu istefaya göndərib
# 05 yanvar 2015 18:45 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, bunlar Kataloniya təmsilçisinin idman direktoru Andoni Subisarreta və onun köməkçisi Karles Puyoldu.

Bu qərarı “Barsa”nın prezidenti Xosep Mariya Bartomeu verib. Daha əvvəl istefaya göndərilən Subisarretadan sonra sabiq kapitan özü müqaviləsini qarşılıqlı razılıq əsasında pozub.

Qeyd edək ki, 1986-1994-cü illərdə “Barselona”nın formasını geyinən Andoni Subisarreta 2010-cu ilin iyulundan idman direktoru vəzifəsində çalışıb. Puyol isə 2014-cü ildə Kataloniya klubunda futbolçu karyerasını başa vurduqdan Subisarretanın köməkçisi vəzifəsində işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR