Çexiya parlamentinin deputatı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Çexiya parlamentinin deputatı  “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
# 08 noyabr 2012 17:24 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyev Çexiya parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr komitəsi sədrinin müavini, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçekin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın verdiyi xəbərə görə, sərəncamda deyilir ki, Azərbaycan ilə Çexiya arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Yan Hamaçek “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR