İsrail prezidenti: “İran dinin nüvə silahını qadağa etdiyni deyir, bir tərəfdən də nüvə silahı istehsall edir” - FOTO

İsrail prezidenti: “İran dinin nüvə silahını qadağa etdiyni deyir, bir tərəfdən də nüvə silahı istehsall edir” - <font color=red>FOTO</font>
# 08 noyabr 2012 14:08 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiyada səfərdə olan İsrailin prezidenti Şimon Peres deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Rusiya-Yəhudi Tolerant Muzeyinin açılışında iştirak edən Peres İranı yəhudi soyqırımını tanımamaqda və yeni soyqırımları təşviq etməkdə günahlandırıb: ”Biz İran xalqı ilə düşmən deyilik. Təhlükə güc hərisi olan İran hakimiyyətindən gəlir. Onlar dinin nüvə silahını qadağan etdiyini iddia edirlər. Digər tərəfdən də nüvə silahı istehsal edirlər”.

Rusiyanın İranın nüvə silahına sahib olmaması ilə bağlı yaxından maraqlandığını söyləyən Ş. Peres Vladimir Putin və ABŞ prezidenti Barak Obamanın güclərini birləşdirmələri, insanlığı terror, qan və ümidsizlikdən qurtarmaq üçün dua etdiklərini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR