Bakı-2015 I Avropa Oyunlarında idman gimnastikası yarışları başlayıb - FOTOSESSİYA

Bakı-2015 I Avropa Oyunlarında idman gimnastikası yarışları başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 14 iyun 2015 08:22 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, azarkeşlər Milli Gimnastika Arenasındakı yarışların ilk günündə həm fərdi, həm komanda hesabında mübarizəyə şahid olacaqlar.

Kişi və qadın idmançılar komanda yarışlarında ilk günün hərəkətlərini yerinə yetirirlər.

Fərdi yarışlarda isə gimnastlar ayrı-yarı qruplarda mübarizə aparırlar. Təsnifat mərhələsində qadınlar 8, kişilər 5 qrupda qüvvələrini sınayacaqlar.

Qadınların yarışında Azərbaycan təmsilçiləri 3-cü qrupda çıxış edir. Fərdi yarışda Yuliya İnşina, Marina Nekrasova və Ktisrina Pravdina bacarığını nümayiş etdirirlər.

İdmançılarımız kişilərin mübarizəsində də 3-cü qrupda qüvvələrini sınayırlar. Azərbaycanı Oleq Stepko, Eldar Səfərov və Petro Paknyuk təsnifat mərhələsini adlamağa çalışırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR