“Unibank” Bakıda keçirilən “Start-up Weekend” tədbirinə dəstək verir

“Unibank” Bakıda keçirilən “Start-up Weekend” tədbirinə dəstək verir
# 24 noyabr 2014 10:15 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Unibank” gənc sahibkarlara növbəti dəstək verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bank müştərilərə öz biznesinizi qurmaqda kömək olur. Bank daha bir tədbirin təşkilatçısı olmaqla, sahibkarlığın inkişafına dəstəyini davam etdirir. Belə ki, bank ikinci dəfədir ki, qlobal formatlı “Start-up Weekend” tədbirinin Bakıda keçirilməsinə dəstək verir.

Noyabrın 21-23-ü tarixlərində keçirilən tədbirdə, innovativ texnologiyalara əsaslanan sahibkarlar, “start-up” müəllifləri, marketoloqlar, dizaynerlər və proqramçılar komandalarda bir araya gələrək “start-up”larla münsiflər qarşısında təqdimatlar etdilər. Tədbirin məqsədi bu yarışmada iştirak edən hər bir komandanın üç gün ərzində “start-up”ı tam formalaşdıraraq, işlək halda təqdim etməsidir. Prosesin səmərəliliyini təmin etmək məqsədilə iştirakçılar statuslu peşəkarlar tərəfindən məsləhətlər alıblar.

“Baku Start-up Weekend” müstəqil mütəxəssislər və “Start-up Weekend” qlobal forumu tərəfindən təşkil edilib. Tədbirə ABŞ, Rusiya, İordaniya, Türkiyə də daxil bir neçə ölkədən qonaqlar qatılıb.

Qeyd edək ki, “Start-up Weekend” biznes dünyasında çox məşhur layihələrdəndir. 2007-ci ildən başlayaraq 107-dən çox ölkədə keçirilən bu formatlı tədbirlərə ümumi olaraq 100 000-dən artıq sahibkar cəlb edilib. Tədbirlər nəticəsində dünyanın müxtəlif ölkələrində 1000-dən artıq şirkət yaranıb müvəffəqiyyətlə fəaliyyət göstərir.

Ətraflı məlumatı “Unibank”ın facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR