“Bakı Dairəvi-1” yolunun şəhər istiqamətində olan hissəsi açılıb

“Bakı Dairəvi-1” yolunun şəhər istiqamətində olan hissəsi açılıb
# 06 may 2015 08:10 (UTC +04:00)

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, artıq yol tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Qeyd edək ki, Bakı Dairəvi yolun Lökbatan dairəsindən şəhərə doğru olan hissəsində təmir-tikinti işlərinə mart ayında başlanılıb. Təmir-tikinti işləri zamanı yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, həmin hissələrdə yeni yol yatağı salınıb. Yolda 4 min kubmetr torpaq işləri görülüb, ümumilikdə təqribən 210 min kvadratmetr yeni asfalt-beton örtüyü salınıb. Yolda zədələnmiş və əyilmiş əyrixətli tirlər yeniləri ilə əvəzlənib, nişanlanma xətləri, "Oyunlar zolağı" çəkilib və zəruri olan yerlərdə yol nişanları quraşdırılıb.

Bundan başqa, yolun kənarlarında və ayrıcı zolaqların mümkün hissələrində abadlaşdırma və yaşıllaşdırma işləri həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR