Gürcüstanda prezident və baş nazir arasında görüş keçirilib - FOTO

Gürcüstanda prezident və baş nazir arasında görüş keçirilib - <span style="color: red;">FOTO
# 04 mart 2013 14:00 (UTC +04:00)

Bakı – APA. Bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili ilə baş nazir Bidzina İvanişvili arasında görüş keçirilib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, M. Saakaşvili görüşdən sonra bir daha bildirib ki, hökuməti buraxmaq fikrində deyil: “Mənim öz səlahiyyətimdən istifadə edərək hökuməti buraxacağıma dair spekulyasiyalar həqiqətə uyğun deyil. Bu hökuməti gürcü xalqı seçib və hələlik çox az vaxt keçib ki, xalq və yaxud mən hökumətin fəaliyyətinə adekvat qiymət verək”.

M. Saakaşvili görüşü “hər zamankı kimi maraqlı” adlandırıb və deyib ki, bu cür görüşlər davam etdirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR