Azərbaycanın milli yemək standartları hazırlanıb

Azərbaycanın milli yemək standartları hazırlanıb
# 25 fevral 2013 08:35 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanın milli yemək standartları hazırlanıb. Bu barədə APA-ya Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, hazırlanan standartlar Milli Məclis tərəfindən hazırlanması nəzərdə tutulan “Kulinariya mədəniyyət haqqında” qanunun tərkib hissəsinə daxil ediləcək. O deyib ki, bu sessiyada Mədəniyyət komitəsində müvafiq komitələrlə birlikdə qanun layihəsinin hazırlanması üzərində işlər başlayacaq.

Komitə sədrinin sözlərinə görə, milli yemək standartları Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi tərəfindən hazırlanıb: “Standartların hazırlanmasında əsas məqsəd Azərbaycan yeməkləri barədə tarixi təsəvvürləri dəqiqləşdirmək və yemək hazırlamalarında milli reseptlərin əsas xüsusiyyətlərini qorumaqdır. Təbii ki, hərə plovu bir cür bişirir. Amma tam ümumi reseptdən kənara çıxmaq olmaz. Standartlar kulinariya mədəniyyətinə təsir edəcək hadisədir. Həm də digər mədəniyyət nümunələri kimi, Azərbaycan yeməkləri də başqa xalqlar tərəfindən tez-tez mənimsənilməyə məruz qalır. Standartların qəbulunda məqsəd həm də bu halların qarşısını almaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR