Ermənistanla sərhəddə itkin düşmüş Qazax sakininin meyiti tapılıb

Ermənistanla sərhəddə itkin düşmüş Qazax sakininin meyiti tapılıb
# 07 aprel 2013 09:03 (UTC +04:00)

Bu barədə APA-ya S. Kərimovun bibisi oğlu Mətləb Mustafayev bildirib.

Onun sözlərinə görə, meyit səhər saatlarında cəbhə xəttində yerləşən meşədə aşkarlanıb. Minaya düşən S. Kərimovun cəsədi parçalanmış vəziyyətdə tapılıb.

Hələlik meyit ərazidən götürülməyib. M. Mustafayevin sözlərinə görə, prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirəndən sonra meyit ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, Qazax rayonunun Xanlıqlar kənd sakini, 1967-ci il təvəllüdlü Kərimov Sabir Mühit oğlu aprelin 2-dən cəbhə xəttində meşədə itkin düşüb.

Onun yolu azaraq Ermənistan tərəfə keçdiyi və erməni hərbçilər tərəfindən əsir götürüldüyü ehtimal edilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR