Bakıda bıçaqlanma hadisəsi baş verib, bir nəfər ölüb

Bakıda bıçaqlanma hadisəsi baş verib, bir nəfər ölüb
# 02 fevral 2013 09:29 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. Bakıda qətl törədilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Hadisə fevralın 2-də paytaxtın Ü. Ələkbərov küçəsində qeydə alınıb. Orada yaşayanlar Emil Qurbanov Rəsul Talıbovun qarın nahiyəsindən bıçaq xəsarəti yetirib. R.Talıbov aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.

Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, Post Patrul Xidməti Bölüyü, 29-cu Polis Bölməsi və Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən E. Qurbanov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR