Ağsu aşırımında baş verən torpaq sürüşmələrinin əsas səbəbi həmin ərazilərdəki restoran və digər iaşə obyektləridir

Ağsu aşırımında baş verən torpaq sürüşmələrinin əsas səbəbi həmin ərazilərdəki restoran və digər iaşə obyektləridir
# 12 aprel 2013 09:29 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Azərbaycan baş nazirinin müavini Abid Şərifov bildirib: «Həmin ərazidə hər addımbaşı restoran, avtoyuma və digər obyektlər var ki, bu da sürüşmələrə səbəb olur».

Baş nazirin müavini vurğulayıb ki, baş verən hadisələrdən sonra həmin ərazidə obyektlərin tikintisi üçün icazə verən təşkilatlara bununla bağlı ciddi tapşırıqlar verilib: «Tikintiyə icazə və onu istismara qəbul edən aidiyyəti qurumlara tapşırıqlar verilib».


A. Şərifov xatırladıb ki, məhz belə hallar nəticəsində bir qədər əvvəl Şamaxıda bütöv kənd sürüşmə nəticəsində dağılıb. Sonradan həmin kəndin əhalisinin yerləşdirilməsi üçün yeni qəsəbənin tikintisinə ehtiyac yaranıb: «Təəssüflər olsun ki, belə məsələlərə o qədər də diqqətlə yanaşmırıq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR