Braziliyada daşqın nəticəsində ölənlərin sayı 39-a çatıb

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 39-a çatıb
# 04 may 2024 08:17 (UTC +04:00)

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-a çatıb.

APA xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.

Bildirilib ki, daha 68 nəfər itkin düşüb.

Bundan əvvəl 29 nəfərin öldüyü, 60 nəfərin isə itkin düşdüyü bildirilmişdi.

Təbiət hadisəsi 32 min insanı evsiz qyub.

Ümumilikdə Rio Qrande-du-Sul ştatında 265 bələdiyyə zərər çəkib.

Xatırladaq ki, bazar ertəsi Braziliyanın cənubunda, Uruqvayla sərhəddə güclü yağışlar başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR