Avropa Birliyi: Azərbaycan gələn ildən Avropaya güzəştli ixrac imkanlarından məhrum ediləcək

Avropa Birliyi: Azərbaycan gələn ildən Avropaya güzəştli ixrac imkanlarından məhrum ediləcək
# 03 aprel 2013 11:12 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu mətbuat konfransında AB-nin Azərbaycandakı nümayəndəliyin rəhbəri, səfir Roland Kobia deyib.

Onun sözlərinə görə, Azərbaycandan Avropa Birliyinə ixracın əsas hissəsini neft sektoru təşkil edir, son dövrdə isə ölkədə neft hasilatının azalması müşahidə olunur: «Neft hasilatının azalması AB ilə ticarət dövriyyəsinin aşağı düşməsinə səbəb olub. Hazırda Azərbaycandan AB ölkələrinə istənilən məhsulları kvotasız satmağa imkan verən «GSP plus» sistemi qüvvədədir. Bu sistem iqtisadi zəif olan ölkələrə təqdim olunur. Lakin Azərbaycan iqtisadiyyatı artıq xeyli inkişaf edib və orta səviyyədə inkişaf etmiş ölkələr sırasına daxil edilib. Bu səbəbdən də Azərbaycan artıq bu sistemdən faydalana bilməz və 2014-cü il yanvarın 1-dən bu imtiyazı itirəcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR