Novruz Aslanov seçicilərini qəbul edib - FOTO

Novruz Aslanov seçicilərini qəbul edib - <span style="color: red;">FOTO
# 31 oktyabr 2014 07:33 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin (MM) deputatı Novruz Aslanov oktyabrın 30-da seçiciləri ilə görüşmək məqsədilə İsmayıllı rayonuna növbəti səfərini edib. Deputatın qərargahından APA-ya verilən məlumata görə, İsmayıllı şəhərində yerləşən qərargahında hər bir seçicini fərdi qaydada qəbul edib, onların problemləri ilə maraqlanıb. Müraciətlər əsasən sosial məsələlərdən ibarət olub. Ayrı-ayrı sakinlər şəxsi məişət problemləri barədə də millət vəkilinə müraciətlər ediblər. Müalicə məsələləri ilə də bağlı müraciətlər də bu sıradan olub. Deputat qaldırılan məsələlərlə bağlı müvafiq addımların atılacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR